Azərbaycan efirində qızların əlbəyaxa davası – VİDEO
Azərbaycan efirində qızların əlbəyaxa davası – VİDEO
22 Noyabr 2016 / 11:26 / Baxış sayı: 974
Font1 Font2 Font3 Font4
Bizimxeber

ARB-nin efirində yayımlanan “Ferma” realiti şousunda böyük qalmaqal yaşanıb.

 

“Qafqazinfo” xəbər verir ki, proqramın ötən gün yayımlanan bölümündə iştirakçılar Firəngiz İsgəndərova ( Fira) ilə Mələk Babayeva arasında dava olub.

 

M. Babayeva Firəngizi arada söz aparıb-gətirməkdə günahlandırıb.

 

“Tamaşaçılar deyir ki, Fira söz aparıb-gətirir. Qızlar otağında nə olursa, oğlanlara, oğlan otağında nə olursa, qızlara çatdırır. Mən inanmırdım, amma bu gün şahidi oldum”.

 

Mələyin bu sözləri digər iştirakçını özündən çıxarıb. Qalmaqallı iştirakçı Firəngizin yanından uzaqlaşıb.

 

Ancaq Fira mübahisəni davam etdirmək istəyib. Hər iki xanım arasındakı mübahisə əlbəyaxa davaya çevrilib.

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə