Azərbaycan bu göstəriciyə görə Olimpiadada I yeri tutdu – FOTO
Azərbaycan bu göstəriciyə görə Olimpiadada I yeri tutdu – FOTO
22 Avqust 2016 / 14:51 / Baxış sayı: 1040
Font1 Font2 Font3 Font4
Bizimxeber

Məlum olduğu kimi, Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunları başa çatıb.

Qaynarinfo.Az xəbər verir ki, Rio-2016-da Azərbaycan komandası 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazanıb. Komandamıza yeganə qızıl medalı taekvondoçu Radik İsayev qazandırıb.

Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenso Sotomayor, cüdoçular Rütəm Orucov və Elmar Qasımov, qadın güləşçimiz Mariya Stadnik və kanoeçi Aleksandr Demyanenko yalnız final görüşlərində uduzaraq gümüş medala sahib olublar.

Taekvondo yarışlarında Milad Beiqi Harçeqani və Patimat Abakarova, boksçu Kamran Şahsuvarlı, güləşçilər Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov, avarçəkən İnna Osipenko-Radomskaya isə bürünc medalla kifayətləniblər.

Medal sıralamasında Azərbaycan 39-cu olub.

Hesabında 46 qızıl, 37 gümüş və 38 bürünc olmaqla ümumilikdə 121 medal olan ABŞ Olimpiadanı I pillədə tamamlayıb. Böyük Britaniya 27 qızıl, 23 gümüş, 17 bürünc medalla (ümumilikdə 67) II, Çin 26 qızıl, 18 gümüş və 26 bürünc (ümumilikdə 70) medalla III olub.

İlk “10-luğ”u Rusiya (19-19-19), Almaniya (17-10-15), Yaponiya (12-8-21), Fransa (10-18-14), Cənubi Koreya (9-3-9), İtaliya (8-12-8) və Avstraliya (8-11-10) tamamlayıb.

Qonşularımızdan İran 25-ci (3-1-4), Gürcüstan 38-ci (2-1-4), Türkiyə 41-ci (1-3-4) və Ermənistan 42-ci (1-3-0) olub.

Ancaq Azərbaycan başqa bir göstəriciyə görə I yeri tutub. Medal sayında 15-ci olan Azərbaycan idmançı sayının qazandıqları medallara nisbətinə görə 207 ölkə arasında I olub. II yeri Efiopiya, III yeri ABŞ tutub.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə