Azərbaycan Beynəlxalq Bankı “Ermitaj”ı ala bilmədi, iddialar rədd olundu HÖKM
Azərbaycan Beynəlxalq Bankı “Ermitaj”ı ala bilmədi, iddialar rədd olundu HÖKM
15 Avqust 2016 / 13:04 / Baxış sayı: 498
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sankt-Peterburqun Arbitraj məhkəməsi Azərbaycan Beynəlxalq Bankının “Ermitaj” otelinə qarşı qaldırdığı bir neçə iddianı, o cümlədən 20 milyon dolların tutulub banka verilməsini rədd edib.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, bundan əlavə, məhkəmənin qərarına əsasən Beynəlxalq Bank “Ermitaj”ın mülkiyyətçisi  və developeri olan Beynəlxalq Baltik İnvestisiya Şirkətinə sadə veksellər paketini geri qaytarmalıdır.

Bildirilir ki, “Ermitaj”ın mülkiyyətçisi olan şirkətlə bank arasında məhkəmə çəkişmələri bununla yekunlaşmır. Hələ baxılmalı olan bir neçə iddia da var. İddialardan birində bank otelin binasına həbs qoyulmasını tələb edirdi. Lakin məhkəmə iddianı təmin etməyib. Tərəflər məhkəmə çəkişməsini şərh etmir.

Beynəlxalq Baltik İnvestisiya Şirkətinə azərbaycanlı biznesmen Malik Babayev nəzarət edir. Bu şirkət 2013-cü ildə məşhur Ermitaj muzeyinin yaxınlığında yerləşən binanı restavrasiya edib və onun yerində 126 yerlik “Ermitaj” oteli açıb. Muzeyin brendinin oteldə istifadə edilməsinə dair razılıq var. Şirkət Azərbaycan Beynəlxalq Bankından restavrasiya işləri üçün kredit götürüb və qaytarmayıb. Bir müddət əvvəl virtualaz.org bu məsələdən yazmışdı. Həmin məqalə ilə aşağıdakı keçiddə tanış olmaq mümkündür (http://virtualaz.org/kapital/63561).

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə