Azərbaycan ​ofşor şirkətlərə nəzarəti gücləndirir
Azərbaycan ​ofşor şirkətlərə nəzarəti gücləndirir
10 Avqust 2016 / 11:53 / Baxış sayı: 608
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan hökuməti ofşor zonalarda ölkəmizlə bağlı şirkətlərə nəzarəti gücləndirəcək. “Report” xəbər xəbər verir ki, bu barədə Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini İlkin Vəliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycanla bir sıra ölkələr arasında əməkdaşlığa dair beynəlxalq sazişlər mövcuddur və onların sayının daha da artırılması nəzərdə tutulub: “Biz digər ölkələrə onlarla bağlı müəssisələr barədə məlumatlar veririk. Eyni zamanda, qarşılıqlı olaraq həmin ölkələrdən Azərbaycanla bağlı şirkətlər barədə məlumatları alırıq. Bu cür beynəlxalq müqavilələrin çərçivəsinin genişləndirilməsi planlaşdırır və bu, bizə ofşor zonalarda Azərbaycanla bağlı şirkətlərə nəzarəti gücləndirməyə imkan verəcək”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə