“Azəravtoyol” ASC-nin yanan vəzifəli şəxsi Türkiyədə öldü
“Azəravtoyol” ASC-nin yanan vəzifəli şəxsi Türkiyədə öldü
27 Oktyabr 2016 / 11:34 / Baxış sayı: 762
Font1 Font2 Font3 Font4
Bizimxeber

Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan “Azəravtoyol” ASC-nin Aparat rəhbəri Müşviq Abbasov dünyasını dəyişib. Lent.az-ın Report-a istinadən məlumatına görə, hadisədən sonra M.Abbasov Türkiyəyə aparılıb və oradakı xəstəxanalardan birinə yerləşdirilib.

O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib. Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır.

Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Abbasov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Abbasova ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Abbasova isə ölüb. M.Abbasov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdiriliblər.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə