Ayrılığa dözə bilmədi, özünü güllələdi – DƏHŞƏTLİ HADİSƏNİN TƏFƏRRÜATI
Ayrılığa dözə bilmədi, özünü güllələdi – DƏHŞƏTLİ HADİSƏNİN TƏFƏRRÜATI
21 Sentyabr 2016 / 11:09 / Baxış sayı: 470
Font1 Font2 Font3 Font4
Bizimxeber

Dünən Bərdə rayonunda baş vermiş intihar hadisəsinin təfərrüatları məlum olub.Lent.az-ın məlumatına görə, rayonun İmamqulubəyli kənd sakini, 1980-ci il təvəllüdlü Şirinov Muxtar Cavanşir oğlu 1 aya yaxın imiş ki, həyat yoldaşı və uşaqlarından ayrı yaşayırmış.

Təxminən 1 ay əvvəl onun xanımı ailədaxili məsələlər səbəbindən 3 uşağı ilə birgə Tərtərə ata evinə gedib. Qürurunu sındırıb həyat yoldaşının arxasınca getməyən 36 yaşlı Muxtar doğmalarının da Tərtərə gedib onu dilə tutmasına razılıq verməyib və dünən tüfənglə özünü güllələyərək intihar edib. Silah səsinə ilk olaraq M.Şirinovun qonşuluqda yaşayan baldızı gəlib və onun özünü güllələdiyi məlum olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

*****
20 sentyabr

Sentyabrın 20-də saat 19 radələrində Bərdə rayonunun İmamqulubəyli kəndində intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, kənd sakini 1980-ci il təvəllüdlü Şirinov Muxtar Cavanşir oğlu ov tüfəngindən atəş açaraq özünü öldürüb. Hadisənin baş vermə səbəbləri bilinmir. Faktla bağlı rayon Prokurorluğunda araşdırma başlayıb.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə