Axır ki,təbiəti xilas etdik
Axır ki,təbiəti xilas etdik
22 Noyabr 2016 / 13:53 / Baxış sayı: 756
Font1 Font2 Font3 Font4
Bizimxeber

Vətəndaşların narazılıgına səbəb olan qeyri-qanuni hasarlamanın qarşısı alındı

Veteninfo.az tərəfindən bu yaxınlarda Bakının Nərimanov rayonu Ziya Bünyadov prospekti, “Çermet” körpüsünün yan tərəfində yerləşən yaşıllıq ərazisinin dəmir konstruksiyalarla hasarlandıgı barədə fotofakt vermişdik.

Həmin ərazidə apardıgımız müşahidələr zamanı dövlətin böyük maliyyə vəsaiti ilə ərsəyə gətirdiyi magistral yolun kənarındakı yaşıllıq zonasının hansısa “gözəgörünməz əl” tərəfindən dagıdıldıgını göstərmişdik. Bu yoldan istifadə edən sürücülər və eləcə də ətrafda olan insanlarla söhbətimizdə onlar da məsələdən dərin narahatçılıq keçirdiklərını bildirmiş və aidiyyatı qurumları tez bir zamanda bu özbaşnalıgın qarşısını almaga çagırmışdılar.

Məsələnin ciddiliyini nəzərə alaraq bununla baglı bir sıra aidiyyati qurumları da məlumatlandırmışdıq. Bu görüntülərdən sonra adı çəkilən ərazidə təxirəsalınmaz tədbirlər həyata keçirilərək, qanunsuz dəmir hasarlamanın qarşısı alınmış və ətrafda yaşayan insanların narahatçılıgına son qoyulmuşdur. Həmin ərazidə olan əməkdaşımızın çəkdiyi fotolar bunu bir daha sübut edir.

Babək









Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə