Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

AXCP meriya binası qarşısında aksiya təyin etdi

1533 oxunma | Tarix: | 2 ay öncə

Oktyabrın 8-də saat 12-də Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında – sərbəst toplaşmaq hüququnun bərpası ilə bağlı etiraz aksiyası keçirəcək. 

Bizimxeber.az bildirir ki, bu barədə AXCP məlumat yayıb.  Aksiyada AXCP və Milli Şuranın fəalları iştirak edəcək.

Milli Şuranın sentyabrın 28-də mitinq keçirmək barədə xəbərdarlıq məktubuna Bakı Şəhər İcra Hakimiyyəti qanedici cavab verməyib. Belə ki, Milli Şuranın mitinq keçirmək üçün paytaxtın mərkəzi hissələrində təklif etdiyi 3 yerdən heç birinə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verməyib.

XƏBƏRLƏR:  Yeni icra başçısı birinci müavini işdən çıxardı

İcra hakimiyyəti aksiyanın şəhərdən kənardakı Lökbatan qəsəbələrdə keçirilməsini təklif edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir