Avtoxuliqanlıq etdiyi deyilən qadın sürücü polis deyilmiş
Avtoxuliqanlıq etdiyi deyilən qadın sürücü polis deyilmiş
11 Noyabr 2016 / 22:55 / Baxış sayı: 792
Font1 Font2 Font3 Font4
Bizimxeber

Səbail Rayon Dövlət Yol Polis İdarəsi rayon ərazisində qadın polis əməkdaşının avtoxuliqanlıq etdiyinə görə saxlanılması barədə məlumatlara münasibət bildirib.

İdarədən “Report”a bildirilib ki, 10 MA 084 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 30 yaşlı Neymətova Elmira Zahir qızı polis əməkdaşı deyil və avtoxuliqanlıq etməyib.

Məlumatda bildirilib ki, ötən gün Neftçilər prospektində E.Neymətovanın idarə etdiyi avtomobil İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2-ci maddəsinin (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə) tələblərini pozduğu üçün saxlanılıb. Onun avtomobili Səbail rayonunda yerləşən müvəqqəti duracağa aparılıb. “Elmira Neymatova 60 manat məbləğində cəriməsini ödədikdən sonra avtomobilini müvəqqəti duracaqdan aparıb”, – idarədən bildirilib.

Qeyd edək ki, mətbuatda E.Neymətovanın polis əməkdaşı olması barədə xəbər yayılıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə