Avtomobilinə həbs qoyulan yerli məşhurlar – SİYAHI – CƏRİMƏ BALLARI
Avtomobilinə həbs qoyulan yerli məşhurlar – SİYAHI – CƏRİMƏ BALLARI
20 Sentyabr 2016 / 18:58 / Baxış sayı: 680
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanın şou-biznes nümayəndələrinin və tanınmış incəsənət adamlarının yol-hərəkəti qaydalarını pozması halları araşdırılıb. Araşdırmalardan sonra 50-dən artıq sənətçinin yol hərəkəti qaydalarını pozması ortaya çıxıb.

Məlum olub ki, şou-biznes nümayəndələri nəinki cərimələri ödəmir, hətta, avtomobilində həbs ola-ola rahat şəkildə sükan arxasına keçirlər.

Lent.az Avtosfer.az-a istinadən yol-hərəkəti qaydalarını pozub cərimələri ödəməyən sənətçilərin bir qisminin siyahısını təqdim edir:

1 – Vasif Məhərrəmli – 10 VM 500 – 31 MMX-sı var. Cərimə balları üst-üstə 20 balı keçir. Ödənilməyən cərimələrinin məbləği 940 manat təşkil edir.

2 – Faiq Ağayev – «Audi-Q7» – 10 FA- 222 – 8 MMX-sı var. 250 manat – 8 bal

3 – Ayaz Qasımov –  10 EA 011. Əvvəl «Range Rover»də olan nömrə hazırda «Mercedes C slass»dadır. 113 MMX-sı var. Cəriməsi 6500 manatı keçir. Əksəriyyəti sürət həddinin aşılması və svetoforun qırmızı işığından keçməkdir.

4 – Manaf Ağayev – 10 LZ 799 və 10 BU 100. 37 MMX-sı var. 930 manat – 20 balı ötüb.

5 – Məşqçi Kamil Zeynalov – 99 FP 999 «Cadellac» – avtomobilin 1 həbsi, 14 MMX protokolu var. Cəriməsi 480 manat, 15 bal.

6 – İlahə İbadova – «Dodge Durango» – 90 NM 007, Avtomobilə 4 dəfə həbs qoyulub. 3 MMX, 30 manat.

7 – Ədalət Şükürov – 10 HP 100, 10 PB 002. «Lexus» – 4 MMX – 80 manat, 2 bal.

8 – Meyxanaçı Pərviz Bülbülə – «Toyota» – 10 KC 011 – 58 MMX-sı var. Cərimə məbləği 1600 manatı keçib. Cərimə balları isə 40-a çatır. Pərviz bu avtomobili etibarnamə olmadan idarə edir.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə