Avtobus yük maşını ilə toqquşdu: beş nəfər xəsarət aldı İMİŞLİDƏ DƏHŞƏTLİ QƏZA
Avtobus yük maşını ilə toqquşdu: beş nəfər xəsarət aldı İMİŞLİDƏ DƏHŞƏTLİ QƏZA
15 Avqust 2016 / 13:18 / Baxış sayı: 522
Font1 Font2 Font3 Font4
Bizimxeber

İmişli rayonunda sərnişin avtobusu yük maşını ilə toqquşub.

APA-nın məlumatına görə, hadisə bu gün saat 10.30 radələrində Hacıqabul-Bəhrəmtəpə magistralının 70-ci kilometrliyində, İmişli rayonunun Qaraqaşlı kəndi ərazsində qeydə alınıb. “Shackman” markalı yük avtomobilinin təkərinin partlaması nəticəsində idarəetməni itirən sürücü avtomobili qarşıda hərəkətdə olan “Hyundai” markalı sərnişin avtobusuna çırpıb. Nəticədə 5 nəfər- avtobusun sərnişinləri və yük avtomobilinin sürcüsü müxtəlif xəsarətlərlə Saatlı və İmişli rayon xəstəxanalarına yerləşdirilib.

Onlardan üçünün ağır xəsarətlər aldığı bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə