Avropalı deputatlar: “Səsvermə çox yaşı təşkil olunub, prosedurlar dəqiq həyata keçirilir”
Avropalı deputatlar: “Səsvermə çox yaşı təşkil olunub, prosedurlar dəqiq həyata keçirilir”
26 Sentyabr 2016 / 11:56 / Baxış sayı: 542
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycanda keçirilən referendumu izləyən avropalı deputatlar ilkin təəsüratlarını jurnalistlərə bölüşüblər.  “Olduğumuz seçki məntəqələrində hər hansı qanun pozuntusu ilə qarşılaşmadıq”. 

 Bunu APA-ya açıqlamasında Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü David Morris deyib.

Hazırda 18 saylı seçki məntəqəsində olan beynəlxalq müşahidəçi bildirib ki, artıq 4-cü dəfədir Azərbaycanda seçki prosesini müşahidə edir: “Burada seçicilər üçün yaxşı şərait yaradıb. Deyə bilərəm ki, Azərbaycanda keçirilən səsvermə prosesi beynəlxlaq səviyyə ilə müqayisə olunandır. Olduğumuz məntəqələrdə seçici fəallığının şahidi olduq”.

Britaniyanın Lordlar Palatasının üzvü David Evans isə bildirib ki, Azərbaycanda tətbiq edilən seçki metodları yüksək səviyyədədir: “Mən ötən seçkilərdə də müşahidəçi qismində iştirak etmişdim. Təəssüratım çox yaxşıdır. Seçici fəallığı müşahidə edilir”.

Azərbaycanda referendumla bağlı səsvermə çox yaxşı təşkil edilib”. Bunu isə Kipr Parlamentinin deputatı, ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin məruzəçisi Haciyanni Kiriakos deyib. Onun sözlərinə görə, təşkilatçılar səsvermə ilə bağlı mümkün qədər məlumat verməyə çalışırlar: “Seçki məntəqələrində müxtəlif təşviqat materialları yerləşdirilib. Məntəqələr açılandan bəri 4 seçki məntəqəsində olmuşam. Proseduralar dəqiq həyata keçirilir”.

*   *   *11:14

Bu gün Azərbaycanda Konstitusiyaya təklif edilən düzəlişlər paketi referenduma çıxarılıb. Səsvermə qanunvericilikdə nəzərdə tutulduğu kimi səhər saat 8-də başlayıb və MSK seçici fəallığının getdikcə artdığını bildirir.

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov jurnalistlərə deyib ki, səsverməyə start verilən andan – saat 08:00-dan indiyədək ölkə üzrə 5 milyon 267 min 111 seçicidən 680 438 nəfəri (12,9%) səsvermədə iştirak edib. Bu, saat 10.00-a olan məlumatdır.

Konstitusiyaya düzəlişlər paketində prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması, vitse-prezidentlər institutunun yaradılması,  prezident seçilmək üçün aşağı yaş senzinin qaldırılması və digər düzəlişlər nəzərdə tutulur.

Referendumu Avropa Parlamentinin və AŞPA-nın nümayəndələri, MDB müşahidə missiyası, habelə yerli müşahidəçilər izləyir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə