Avropada Ukrayna ilə viza rejimi ləğv olunur
Avropada Ukrayna ilə viza rejimi ləğv olunur
27 Sentyabr 2016 / 8:59 / Baxış sayı: 660
Font1 Font2 Font3 Font4
Bizimxeber

Avroparlamentin vətəndaş azadlığı, daxili və ümumi işlər üzrə Komitəsi Ukrayna vətəndaşları üçün viza rejiminin ləğvinin lehinə səs verib.

Müvafiq səsvermə bu gün Avroparlamentin Brüsseldəki mənzil-qərargahında keçirilib.

Deputatlardan 38 qərarın lehinə, 4-ü əleyhinə səs verib, 1 nəfər bitərəf qalıb.

Qeyd edək ki, Komitənin səsverməsi tövsiyə xarakter daşıyır. Viza liberallaşdırılması ilə bağlı qərar Avropa İttifaqı Şurası və Avroparlamentin sessiyasında təsdiqlənməlidir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə