Avropa ölkələrindən 7 min nəfər Suriya və İraqa döyüşməyə gedib
Avropa ölkələrindən 7 min nəfər Suriya və İraqa döyüşməyə gedib
04 Oktyabr 2016 / 10:00 / Baxış sayı: 398
Font1 Font2 Font3 Font4
Bizimxeber

2013-cü ildən indiyə kimi Avropa ölkələrindən 7 min nəfər Suriya və İraqa döyüşməyə gedib. “Anadolu” agentliyi xəbər verir ki, bu barədə Avropa Terror Analiz Mərkəzinin yaydığı açıqlamada bildirilir.

Mərkəzin məlumatına görə, onlardan 500 nəfəri Avropaya qayıdıb. Müharibəyə gedən avropalıların 70 faizini Fransa, İngiltərə, Almaniya vətəndaşları və ya bu ölkələrdə yaşayan əcnəbilər təşkil edir. Avropadan Suriya və İraqa savaşmağa gedənlərin sayına görə Fransa 2183 nəfərlə birinci yerdə qərarlaşıb.

İngiltərədən bu ölkələrə 700, Almanyadan 870, Belçikadan 614, İsveçdən 300 nəfər gedib.

Məlumatda həmçinin bildirilir ki, Avstriyadan 278, Hollaniyadan 260 nəfərin savaşmaq üçün İraq və Suriyaya gedib. Fransadan hələ də 700 nəfər Suriya və İraqda döyüşür.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə