Avropa Olimpiya Komitəsinin prezidenti həbs olundu
Avropa Olimpiya Komitəsinin prezidenti həbs olundu
17 Avqust 2016 / 18:04 / Baxış sayı: 686
Font1 Font2 Font3 Font4
Bizimxeber

Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki Rio-de-Janeyroda həbs edilib. Məlumata görə bu, “Olimpiya biletlərinin qeyri-qanuni satışı” ilə bağlıdır.

71 yaşlı Hikki biletləri, onları çox baha qiymətə satan üçüncü tərəfə ötürməkdə şübhəli bilinir. Bundan bir neçə gün öncə Rioda bir kişi 800 qeyri-qanuni biletlə yaxalanıb.

Polisin bildirdiyinə görə, onlar Hikkini həbs etməyə gələndə o, qaçmağa cəhd edib. Qeyd edək ki, Patrik Hikki həmçinin İrlandiya Olimpiya Komitəsinin prezidentidir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə