Avropa nazirləri vacib məsələlərin müzakirəsinə toplaşır GÜNDƏMDƏ QARABAĞ DA VAR
Avropa nazirləri vacib məsələlərin müzakirəsinə toplaşır GÜNDƏMDƏ QARABAĞ DA VAR
31 Avqust 2016 / 17:51 / Baxış sayı: 708
Font1 Font2 Font3 Font4
Bizimxeber

ATƏT Xarici İşlər Nazirlərinin qeyri-formal Şurasında aktual gündəmin bütün məsələlərinin müzakirə ediləcəyi planlaşdırılır.

Trend-in verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer deyib.

Görüş sentyabrın 1-də Potsdamda keçiriləcək.

Onun sözlərinə görə, dünyanın bürüyən indiki böhran vəziyyətində ATƏT-in rolu heç vaxt olmadığı qədər mühümdür: “Bura Ukraynanın şərqi, Dnestryanı, Dağlıq Qarabağ və Avropadakı digər böhran vəziyyətləri aiddir”.

Nazir qeyd edib ki, Almaniya nümayəndə heyəti Potsdamda bütün bu vacib mövzuları, eləcə də beynəlxalq terrorçuluq və qaçqınlar məsələlərini müzakirə etməyi planlaşdırır.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə