“Avropa Gənclər Festivalı”nın açılış mərasimi keçirilib
“Avropa Gənclər Festivalı”nın açılış mərasimi keçirilib
03 Oktyabr 2016 / 10:46 / Baxış sayı: 610
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az saytına verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, Avropa Gənclər Forumunun prezidenti Yohanna Niman, Avropa Gənclər Forumunun baş katibi Allan Pall, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin icraçı direktoru Andras Farkas, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektoru müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin sədri Elmir Vəliyev, Millət Vəkilləri və başqa rəsmi qonaqlar iştirak ediblər.

Dövlət Himinin səslənməsi ilə başlanan tədbirdə Azərbaycanın, o cümlədən Gəncənin mədəniyyətini, qədimliyini, tolerantlığını, multikulturalizmini, əhalisini özündə əksetdirən videoçarx izlənilib.

Tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq, mərasim iştirakçılarını salamlayıb. Qonaqları Avropanın Gənclər Paytaxtında, Azərbaycanın qədim və zəngin mədəniyyətə malik ən gözəl şəhərlərindən biri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin yurdu olan Gəncədə görməkdən məmnun olduğunu bildirib. Təməli Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini xüsusi vurğulayan Elmar Vəliyev nitqini Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın gələcəyi, Azərbaycanın gəncləridir” deyimi ilə bitirərək tədbiri açıq elan edib.

Avropa Gənclər Forumunun prezidenti Yohanna Niman qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Gəncənin güclü rəqiblər arasında Avropa Gənclər Paytaxtı seçildiyini bildirən Yohanna Niman qeyd edib ki, Avropanın Gənclər Paytaxtı seçilməsinin Gəncəyə Avropa ilə əlaqələri inkişaf etdirmək üçün daha böyük şans verib. Avropa Gənclər Forumunun prezidenti bildirib ki, Gəncədən sonra 2017-ci ildə Avropanın Gənclər Paytaxtı Bolqarıstanın Varna şəhəri olacaq.

Avropa Gənclər Formunun Baş Katibi Allan Pall Gəncəni əldə etdiyi uğura görə təbrik edib və Avropa Gənclər Paytaxtı olmanın vacibliyini vurğulayıb. Bu il Gəncə Avropa Gənclər Paytaxtı layihəsi çərçivəsində bir çox layihələr həyata keçirildiyini bildirən Allan Pall xüsusi vurğulayıb ki, bu da inkişafa səbəb olur.

Tədbirdə Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək bildirib ki, Gəncənin Avropa Gənclər paytaxtı seçilməsi ilə əlaqədar olaraq prezidentin sərəncamı ilə xüsusi tədbirlər planı hazırlanıb və müxtəlif tədbirlər keçirilməkdədir. Nazir müavini qeyd edib ki, dövlət siyasətinin əsas istiqamətinin gənclərin hərtərəfli inkişafı, cəmiyyətdə müxtəlif

sahələrdə iştirak etmələrinə fəal şərait yaradılmasından ibarətdir. Azərbaycanda əhalinin 55 faizinin yaşı 30-dan aşağı olduğunu deyən İsmayıl İsmayılov xüsusi vurğulayıb ki, bu tək Avropada deyil həm də, Dünyada ən yaxşı nəticədir.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektoru müdiri Vüsal Quliyev müstəqillik illərində Azərbaycanda dünyaya nümunə ola biləcək gənclər siyasətinin reallaşdırıldığını qeyd edib. Gəncənin Avropa Gənclər Paytaxtı seçilməsi ilə lazımi tədbirlər yüksək səviyədə keçirildiyini bildirən Vüsal Quliyev xüsusi vurğulayıb ki, bu titulun növbəti qalibləri vəzifələrini yerinə yetirərkən Nizami yurdundan nümunə götürə bilərlər.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev iştirakçıları salamlayaraq, Gənclər Fondu haqqında geniş məlumat verib. Dəstək olduqları layihələrdən danışan Fərhad Hacıyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin gördüyü işlər nəticəsində indi Azərbaycanda gənclər daha da inkişaf edir. Gəncənin Avropa Gənclər Paytaxtı seçilməsinin təsadüfi olmadığını bildirən Fərhad Hacıyev xüsusi vurğulayıb ki, Gəncədə digər şəhərlərə nisbətən bu il təbliğat üçün daha çox imkanlar var və bundan kifayət qədər bəhrələnilir.

Avropa Gənclər Paytaxtları Şəbəkəsinin icraçı direktoru Andras Farkas bildirib ki, Gəncənin Avropa Gənclər Paytaxt seçilməsi ilə gənclər üçün də əlavə imkanlar yaradır. Gəncə şəhəri bu layihəni qazanmaqla böyük nailiyyətlər əldə etdiyini icraşı direktor xüsusi vurğulayıb.

“Gəncə Avropa Gənclər paytaxtı 2016” İctimai Birliyinin sədri Elmir Vəliyev Gəncənin bu ada layiq görülməsindən fəxr etdiyini bildirib. Layihə çərçivəsində görülən və nəzərdə tutulan işlərdən danışan Elmir Vəliyev Gəncənin Avropanın Gənclər paytaxtı adına layiq görülməsində ölkəmizin beynəlxalq nüfuzunun rolunu qeyd edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi regionların inkişafı nəticəsi olaraq qazanılmış uğurdan danışıb.

Rəsmi hissə bitdikdən sonra “Rio-2016” Olimpiadasında qazanılmış yüksək nailiyyətlərə, habelə Gəncə şəhərində idmanın inkişafındakı xidmətlərinə görə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə gümüş mükafatçısı Toğrul Əsgərov, Rio-de-Janeyroda keçirilən XV Paralimpiya Oyunlarının cüdo üzrə paralimpiya çempionu RamilQasımov, İlk Avropa Oyunlarının gümüş mükafatçısı Amil Qasımov, Toğrul Əsgərovun məşqiçisi, Əməkdar bədən tərbiyə və idman xadimi Elçin Zeynalov, Ramil Qasımovun məşqiçisi, Əməkdar bədən tərbiyə və idman işçisi Əli Hacıyevə Gəncə şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərman və hədiyyələri təqdim olunub.

Sonda xatirə şəkilləri çəkilib.

Xatırladaq ki, “Avropa Gənclər Paytaxtı” layihəsi ilk dəfə 2009-cu ildə Avropa Gənclər Forumu tərəfindən irəli sürülüb. Layihənin məqsədi yerli və xarici gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, Avropa gənclər paytaxtları seçilmiş şəhərlərin aid olduğu ölkələrin gənclər təşkilatları milli şuraları arasında təcrübə mübadiləsinin aparılmasıdır. Avropanın ilk gənclər paytaxtı 2009-cu ildə Niderlandın Rotterdam şəhəri seçilib. Daha sonra Turin (İtaliya), Antverpen (Belçika), Braqa (Portuqaliya), Maribor (Sloveniya), Saloniki (Yunanıstan), KlujNapoca (Rumıniya) Avropa gənclər paytaxtları olub. Gəncə bu estafeti qəbule dən 8-ci şəhərdir. Onun 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsi barədə qərar 2013-cü il aprelin 10-da Yunanıstanın Saloniki şəhərində elan edilib.

Bizimxeber.az

 

ANAR1118 ANAR3063 ANAR3091 ANAR3101 ANAR3106 IMG-3011 IMG-3125 IMG-3164 IMG-3172



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə