“Avropa Gənclər Festivalı” əyləncəli proqramlarla davam edib
“Avropa Gənclər Festivalı” əyləncəli proqramlarla davam edib
03 Oktyabr 2016 / 16:46 / Baxış sayı: 548
Font1 Font2 Font3 Font4
Bizimxeber

Heydər Əliyev park-kompleksində yerləşən Gənclər Evinin qarşısında ilk öncə Ekstrim ( Peint Bol, Zorp Bol, Bamper Bol, AquaSkiper, 3D eynək), tir, yay atma, basketboll, stolüstü tennis yarışları, idman oyunları, dağ idmanı oyunları nümayiş edilib.

Bununla yanaşı, Gənclərin ifaçılıq qabiliyyətini nümayiş etdirən Karaoke, Gənclərin musiqi alətlərində ifası, At sürmək təlimləri, Kapoero, Kəndirbazın nümayışı, Rəng partisi və başqa əyləncəli yarışlar keçirilib.

Sonra Gəncə şəhəri Heydər Əliyev park-kompleksində yerləşən amfiteatrda konsert təşkil edilib. Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konsertdə respublikanın tanınmış incəsənət ustaları və rəqqasları cıxış ediblər. Gəncə Dövlət Filarmoniyasının ansanblının “Atəşgah” rəqsi və sonra muğam avropalı qonaqların marağına səbəb olub. Konsert atəşfəşanlıqla sona çatıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə