ATS-i su basdı, 600-dən çox abonent telefonsuz qaldı – BAKIDA
ATS-i su basdı, 600-dən çox abonent telefonsuz qaldı – BAKIDA
18 Oktyabr 2016 / 11:29 / Baxış sayı: 872
Font1 Font2 Font3 Font4
Bizimxeber

Binəqədi rayonunun Yeni Biləcəri qəsəbəsində yerləşən 401 nömrəli telefon qovşağının binasını su basıb. Hadisə oktyabrın 17-də axşam saatlarında baş verib. İntensiv yağan yağış suları binanın içinə də dolub.

Nəticədə 600-ə yaxın abonentin telefon xəttində problem yaranıb. Qovşağın əməkdaşları yanğın təhlükəsini aradan qaldırmaq üçün binaya pəncərədən daxil olub.

Yasamal Telefon Qovşağından saytımıza verilən məlumata görə, təbii fəlakət nəticəsində qovşaqda baş verən fəsadları aradan qaldırmaq üçün bir həftəyə yaxın vaxt tələb olunur.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə