Atası öldü, anası əmisinə ərə getdi
Atası öldü, anası əmisinə ərə getdi
27 Sentyabr 2016 / 16:38 / Baxış sayı: 358
Font1 Font2 Font3 Font4
Bizimxeber

Kənardan onların parlaq, problemsiz görünən həyatlarına baxanda çoxumuz həsəd aparırıq. Onlar kimi olmaq, onlar yaşamaq istəyirik. Amma bilmirik ki, üzdən gülsələr də, onların da ürəklərində böyük bir nisgil var. Pulla satın ala biləcəkləri hər şeyə sahib olsalar da, keçmişlərindəki o qaranlıq kölgədən əsla xilas ola bilmirlər. Aile.lent.az ailələrində böyük faciələr yaşayan məşhurlarla sizi tanış edir.

Charlize Theron

Cənubi Afrika Respublikasının Benoni şəhərində doğulan Charlize Theronun oradakı həyatını atası kabusa döndərmişdi. Atası Therona və anasına həm fiziki, həm də mənəvi zərər verirdi. Charlize 15 yaşında ikən anası və atası mübahisə etməyə başlayır. Mübahisə o qədər böyüyür ki, anası atasını vuraraq öldürür. Özünü müdafiə etdiyi əsas götürülərək qadına cəza verilmir. Gənc yaşında atasız qalan Theronun həyatı o gündən sonra müxtəlif mübarizələrlə davam edir. Ancaq həm şansı, həm də iradəsi onun taleyini müsbətə doğru dəyişir.

 

Ebru Gündeş

Ebru Gündeşin 4 yaşı olanda spirtli içki aludəçisi olan atası evi tərk edir. Ebru məşhurlaşdıqdan sonra bütün müsahibələrində atasının öldüyünü deyir. Hətta məzarına gedərək dua edir. Lakin atası Remzi Gündeş illər sonra ortaya çıxır və Ebrunun atası olduğunu açıqlayır. 27 yaşlı Vedat adlı qardaşının olduğunu da Gündeş sonralar öyrənir. Atasını isə əsla bağışlamır. Bu vaxta qədər də atası ilə görüşməyi rədd edir.

Demet Akalın

1975-ci ilin Yeni il gecəsi idi. Demet Akalının iki yaşı vardı. Anası, atası və xalası onu nənəsinin yanına qoyub Yeni ili qeyd etməyə gedirlər. Qayıdanda yol qəzası keçirirlər. Polislər hadisə nəticəsində ölən üç şəxsin meyitini morqa aparır. Cəsədlərin tanınması üçün Demetin böyük əmisini morqa çağırırlar. Morqda əmisi qardaşının hərəkət etdiyinin fərqinə varır. Demə, Demetin atası sağ imiş… Beynindəki şiş, qırıq qabırğalar, daxili qanaxma və ailə üzvlərinin ölümü… Bütün bunlara baxmayaraq Şenay Akalın qızı Demet üçün həyata qayıdır. O gündən sonra qızına həm ana, həm də ata olur.

Oktay Kaynarca

Oktayın 5 yaşı olanda ana və atası ilə birlikdə Berlində yaşayırdı. İstanbulda yaşayan əmisi Adil Kaynarca həyat yoldaşını tətildə Berlinə göndərir. Kaynarcanın atası qardaşının həyat yoldaşını qarşılamaq üçün hava limanına gedir. Hava limanından qayıtdıqda yol qəzasına düşürlər və hər ikisi həyatını itirir. Böyük kədər yaşayan ailə gənc yaşda dul qalan gəlinləri Nursellə arvadını itirmiş Ədalət Kaynarcanın evlənməsinə qərar verir. Oktay uzun illər əmisini atası hesab edir. Həqiqəti isə çox sonralar öyrənir.

 

Acun İlıcalı

Yol qəzaları Acun İlıcalının da həyatında böyük itkilərə səbəb olub. Acunun nənəsi və babası yolu keçərkən sürətlə gələn maşının altında qalaraq can veriblər. Bir neçə il sonra Acun anası və atasını da dəhşətli yol qəzasında itirir, qızı Banu isə şans nəticəsində sağ qalır. Bir müddət keçməmiş ağır motosiklet qəzası keçirir, özü sağ qalsa da, arxada oturan ən yaxın dostunu itirir. Ancaq bütün bu faciələrə baxmayaraq, həyata möhkəm yapışan Acun əsla təslim olmur.

 

Roy Orbison

Roy Orbison 1966-cı ildə həyat yoldaşı Claudette Fradynı dəhşətli motosiklet qəzasında itirir. Yazdığı mahnıların bir çoxunu da Claudetteyə həsr edir. Bu faciədən iki il sonra evində böyük bir yanğın baş verir. Üç oğlundan ikisi yanğında yanaraq ölür. 1973-cü ildə isə böyük oğlu Grady bayramı atası ilə qeyd etmək üçün yola düşür. Yolda avtomobili qəza keçirir və qəzadan sağ çıxa bilmir… R. Orbinson isə bu hadisədən 16 il sonra 1988-ci ildə infarkt keçirərək həyatla vidalaşır.

Leighton Meester

Leighton Meesterin anası ona hamilə ikən narkotik alverində günahlandırılır. Nəticədə tutulur və 10 il cəza alır. L. Meester Floridada həbsxanada dünyaya gəlir. Meester üç aylıq olana qədər anasıyla həbsxanada qalır. Sonra qohumlarından biri onu övladlığa götürür və böyüdür.

.

Joaquin Phoenix

Joaquin Phoenix 19 yaşını qeyd etdikdən üç gün sonra qardaşı həddindən artıq dozada narkotik qəbul edərək şoka düşür. J. Phoenix onu həyata qaytarmaq üçün əlindən gələn hər şeyi edir. Onun oyanmadığını gördükdə təcili yardıma zəng edir. Lakin artıq çox gec idi, qardaşı həyatını itirmişdi. Bu böyük itki onun həyatını darmadağın edir. Bir tərəfdən qardaşının acısını yaşayır, bir tərəfdən isə mətbuatın marağından qaçmağa çalışır. Bir il hər kəsdən qaçır və mətbuatın qarşısına çıxmır.

 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə