Atalay Demirci şxsi yazışmalarına görə həbs olunub
Atalay Demirci şxsi yazışmalarına görə həbs olunub
07 Avqust 2016 / 8:23 / Baxış sayı: 712
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyədə tanınmış komediya aktyoru Atalay Dəmirci həbs olunub. 

Bizimxeber.az -ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, avqustun 5-də saxlanılan A. Dəmirci bu gün məhkəmə qarşısına çıxarılıb.

FETÖ terror təşkilatı ilə əlaqələrə görə ittiham olunan sənətçi məhkəmədə Fətullah Gülənə yaxınlığı ilə tanınan keçmiş futbolçu Hakan Şükür və basketbolçu Enes Kanterlə yazışdığını və görüşdüyünü bildirib.

Qeyd edək ki, bir müddət öncə sosial şəbəkədəki hesabı sındırılan A. Dəmircinin H. Şükür və E. Kanterlə yazışmaları yayımlanıb. Yazışmalar ictimai qınağa səbəb olduğu üçün aktyor səhvə yol verdiyini etiraf edib, 15 iyul gecəsi Fətullah Gülən terror təşkilatı tərəfindən çevriliş cəhdindən sonra fikrini dəyişdiyini bildirib.

Qeyd edək ki, A. Dəmirçi 30-dan çox ölkədə 3 mindən artıq konsert verib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə