At 20 yaşlı oğlanı sürüdü – Bakıda
At 20 yaşlı oğlanı sürüdü – Bakıda
01 Dekabr 2016 / 17:46 / Baxış sayı: 924
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakıda at 20 yaşlı oğlanı sürüyüb. Hadisə Maştağa qəsəbəsi Mehdi Hüseynzadə ev 1 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Rəhimov Qulaməli Nadir oğlu yenicə aldığı ata minib sürmək istəyib. At hürküb. Atın kəndirinin Q.Rəhimovun ayağına keçməsi nəticəsində heyvan gənc oğlanı bir neçə metr irəli sürüyüb. Yalnız qonşuların müdaxiləsi ilə atı saxlamaq mümkün olub.

Q.Rəhimov ağır bədən xəsarətləri alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə