ATƏT Əliyev və Sarkisyanla danışıqlar aparır
ATƏT Əliyev və Sarkisyanla danışıqlar aparır
16 Avqust 2016 / 12:24 / Baxış sayı: 654
Font1 Font2 Font3 Font4
Bizimxeber

ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yüksək səviyyədə növbəti görüşün təşkili ilə bağlı Azərbaycan və Ermənistanla əlaqələri davam etdirir. Trend-in məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. 

Azərbaycan və Ermənistan prezidentlərinin son görüşü Sankt-Peterburqda iyunun 20-də Rusiya prezidentinin iştirakı ilə üçtərəfli formatda baş tutub. Ondan öncə isə iki ölkə prezidenti mayın 16-da Venada görüşüblər. C.Uorlikin sözlərinə görə həm Vena, həm də Sankt-Peterburq görüşlərində Azərbaycan və Ermənistan prezidentləri danışıqlar prosesində irəliləyişə nail olunması üçün növbəti görüşə hazır olduqlarını bəyan ediblər.

Amerikalı həmsədr qeyd edib: “Biz yüksək səviyyədə növbəti görüşün təşkili üçün imkanların axtarılması istiqamətində işimizi davam etdiririk və görüşün təşkili üçün təklifləri müzakirə etmək məqsədilə Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirləri ilə təmasları davam etdiririk”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə