“Atəşkəs müvəqqətidir, əhali Qarabağdan qaçır…”
“Atəşkəs müvəqqətidir, əhali Qarabağdan qaçır…”
30 Avqust 2016 / 13:24 / Baxış sayı: 792
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Dağlıq Qarabağ Respublikası”nın “baş naziri” Araik Aratunyan aprel döyüşləri ilə bağlı erməni KİV-lərinə müsahibə verib.

Araik Aratunyan bildirib ki, hələ aprel ayından öncə qoşunların təmas xəttində aktivliyin olacağı gözlənilirdi: “Əgər biz 2014-cü ilin avqust, 2015-ci il və 2016-cı ilin ilk rübünü xatırlasaq, görərik ki, münaqişə bölgəsində toqquşmalar olub. Ona görə də biz anlamalıyıq ki, atəşkəs müvəqqətidir. Təmas xəttində atəşin azalması o anlama gəlmir ki, həmişə belə olacaq. Biz ordu hazırlığına diqqət ayırmalıyıq”.

Aratunyan aprel döyüşlərindən sonra Talış kəndində yaşayan ermənilərin Qarabağ ərazini tərk etdiyini etiraf edib: “Talış kəndinin sakinləri Ermənistan və ya digər ölkələrə köçüblər. Talış kəndində əvvəllər 500-ə qədər erməni yaşayıb. Madagiz kəndinin sakinləri də yaşadıqları ərazini tərk ediblər. Aprel döyüşlərindən sonra Qarabağın digər kəndlərindən də bəzi insanlar öz yaşadıqları ərazini tərk ediblər”.(azvision.az)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə