Aşura günü ilə bağlı məscidlərdə qanvermə aksiyası keçirilir
Aşura günü ilə bağlı məscidlərdə qanvermə aksiyası keçirilir
12 Oktyabr 2016 / 10:24 / Baxış sayı: 640
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Azərbaycanda məscidlərdə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir. Aksiya Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

“Təzəpir” məscidində keçirilən aksiyanı izləyən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, artıq indiyə qədər ölkə üzrə 400-ə yaxın şəxs qan verib.

Aksiya ölkə üzrə 15 məsciddə keçirilir. Qan vermək üçün müraciət edən şəxslərin xəstəliklərinin olub-olmadığı və qanda hemoqlobin səviyyəsi yoxlanılır.

Bizimxeber.az

 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə