Astara Təhsil şöbəsində milyonlar necə yeyilib? – ŞİKAYƏT
Astara Təhsil şöbəsində milyonlar necə yeyilib? – ŞİKAYƏT
26 Oktyabr 2016 / 18:02 / Baxış sayı: 1552
Font1 Font2 Font3 Font4
Bizimxeber
Bölgələrdən fasiləsiz olaraq redaksiyamıza daxil olan şikayətlər olduqca maraqlı və araşdırma tələb edən faktlarla çoxluq təşkil edir. Demək olar ki, hər gün şikayət məktubları göndərilir. Daha bir məktub Astara rayonundan gəlib.
Bizimxeber.az olaraq məktubu olduğu kimi oxuculara təqdim edirik.
Astara rayon Təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova tərəfindən 2004-2013-cü il tarixlərdə Təhsil şöbəsinin balansında olan istismara yararsız VAZ -2104 markalı avtomobilə sürücü əmrləşdirilib, həmin avtomobil texniki baxışdan keçmədiyi halda yanacaq və ehtiyyat hissələri silinib:
“Hal-hazırda məktəblərin əksəriyyətində psixoloq ixtisası üzrə dərslər baza təhsili olmayan müəllimlər tərəfindən keçirilir. Ölkə başısının şəxsi təşəbbüsü ilə əhalinin istirahətinin səmərəli keçirilməsi məqsədilə inşa edilmiş Astara Dənizkənarı bulvarda Qızbəs Məmmədova sahibi olduğu kafedən yaz-yay aylarında əldə olunan əsas gəliri vergiden yayındırır.

Təkcə onu demek bəs edər ki, yaz-yay aylarında bir çaynik çay 3-5 manat qiymətinə satılır. Astara şəhərində yerləşən 9 mərtəbəli binada hər birinin dəyəri 110.000 manat olan hər biri 3 otaqlı olan 2 mənzil, Bakı şəhərindəki mənzillər və hər oğluna qiyməti 50000 manatdan çox olan Volkswagen markalı avtomobil alan müdirə xanım təxminən 540 manat əmək haqqı məvacibi ilə bunları necə edib?

2011-ci ildən bugünədək Təhsil Nazirliyindən test imtahanlarından keçməyən 200-dən çox şəxs Qızbəs Məmmədova tərəfindən bilik səviyyələri yoxlanılmadan işə qəbul edilib, amma testdən yüksək bal toplamış müəllimləri onun maddi tələbinə cavab vermədiyi üçün “vakant yer yoxdur” deyə işlə təmin etmir. Sual olunur, nəyə görə və hansı məqsədlə? “Nəyə görə” sualını Qızbəs Məmmədovadan başqa heç kim cavablandıra bilməz.

Amma məqsəd gələcəkdə savadsız vətəndaş yetişdirməkdir. Rəhbərlik etiyi müxtəlif illərdə təcrübəli müəllimlərin əvəzinə pedoqoji stajı olmayan şəxslər birbaşa rayon Təhsil şöbəsinə onun tərəfindən metodist vəzifələrinə təyin olunub!”.

Daha sonra əlavə olunur ki, şöbə müdiri istədiyi şəxsləri istədiyi vəzifəyə təyin etməkdə sərbəstlik nümayiş etdirir – “2006-cı il tarixdən 2013-cü ilədək Qızbəs Məmmədovanın yaratdığı “Uşaq fondu”na hər ay müəllimlərin əməkhaqqı məvacibinin 1 faizi tutulub. Həmin fonda toplanan pulun taleyi isə yaradıldığı kimi qaranlıq qalır. Qızbəs Məmmədova rəhbərlik etdiyi müddət ərzində təhsil işçilərinin Azad Həmkarlar komitəsinə öz maddi maraqları naminə məktublar yazaraq, külli miqdarda pul vəsaitini qanunsuz olaraq xərcləyib.

Qızbəs Məmmədova 2016-cı ilin avqust aylarında rəhbərlik adından istifadə edərək 10 nəfər rayon Təhsil şöbəsinin işcilərindən və məktəb direktorlarından onun maddi maraqlarına cavab vermədiyi üçün “könüllü” ərizə alaraq işdən azad etdi.

Astara bulvarında “Yelkən”kafesinin sahibi olan bu vəzifəli şəxs oranı işlədən şəxsi də mükafatsız qoymayıb, rayon məktəblərin birinə ibtidai hərbi hazırlıq üzrə “rəhbər” təyin edib.

Rayon məktəblərinin təmirinə ayrılan vəsaiti müxtəlif illərdə necə gəldi xərcləyən Qızbəs müəllimə smeta dəyərini şişirtməkdən belə, çəkinməyib. Bunun üçün guya ki, təmir edilmiş Astara rayon Şiyəkəran kənd 1 nömrəli məktəbin acınacaqlı vəziyyətinə baxmaq yetər. Rayonda olan fiziki cəhətdən problemləri olan uşaqlarla guya ki, dərslər keçirilib amma hamısı kağız üzərində… 2015-ci il tarixdə Astara rayon Şiyəkəran kəndində quraşdırılmış 4500 manatlıq Linqafon labaratoriyası niyə quraşdırıldı və niyə aktla geri götürüldüyünü Qızbəs Məmmədovadan başqa heç kim bilir. Qızbəs Məmmədova tərəfindən rayon məktəblərinə alınmş avadanlıqların qiymətində 5-6 qat şişirdilmələrə yol verilir. Belə ki, kimya laboratoriyasına alınan bir partanın qiyməti 1700 manat, bir şkafın qiyməti 400 manat qiymətləndirilib.

2011-2015-ci il tarixlərdə məktəblərə verilən idman geyimləri orginal kimi sənədlərdə öz əksini tapsa da, əslində Çin istehsalı olan əmlaklar məktəblərə verilib. Mənim dediklərimi Hesablama Palatası tərəfində yoxlanılsa, daha çox faktlar aşkar olunacaq. Bundan əlavə Qızbəs Məmmədovanın “qanunları”ilə ayaqlaşa bilməyən keçmiş məktəb direktorları Korrupsiyaya qarşı mübarizə orqanı tərəfindən dindirilsə, mənim dediklərimin heçdə yalan olmadığına şahid olacaqsız. Amma onu da qeyd edim ki, nə qədər ki, Qızbəs Məmmədova vəzifədədir heç bir faktı aşkar etmək mümkün olmayacaq.Bütün bu faktlar Qızbəs Məmmədova vəzifədən uzaqlaşdırıldıqdan sonra öz təsdiqini tapacaq”.

Şikayətçi ölkə başçısına müraciət edərək bilriri ki:

“Möhtərəm Prezident, mən bir vətəndaş kimi öz borcumu yerinə yetirdim və indi vicdanım rahatdı, ona görə ki, bir məmurun özbaşınalığına qarşı fəal oldum. Cənab Prezident Sizdən xahiş edirəm ki, bu faktlarla bağlı tədbir görülməsinə, mənim və ailəmin təhlükəsizliyimin təmin olunmağına göstəriş verəsiniz”.

Həsənov Rəşad Əlövsət oğlu, sakini olduğu Astara rayonun Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədovadan şikayətçidir.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə