Astana Nazarbayev şəhəri olacaq
Astana  Nazarbayev şəhəri olacaq
23 Noyabr 2016 / 10:39 / Baxış sayı: 596
Font1 Font2 Font3 Font4
Bizimxeber

Qazaxıstan parlamentinin deputatları paytaxt Astananın adının dəyişdirilməsi ilə bağlı təklif irəli sürüb.

TASS xəbər verir ki, deputatlar paytaxtın adının dəyişdirilərək Nursultan Nazarbayevin adının qoyulmasını istəyirlər.

Parlamentarilər bu təşəbbüsü Qazaxıstan qanunvericilik orqanın hər iki palatasının birgə iclasında səsləndirib.

“Ölkə konstitusiyasında inkişafa verdiyi böyük töhfəyə görə, ölkənin ilk prezidenti – xalqın lideri Nursultan Abışeviç Nazarbayevin adını vurğulamağı təklif edirik. El başı (xalqın lideri) paytaxtın adında və digər önəmli obyektlərdə öz əksini tapmasını istəyirik”, – deyə Qazaxıstanın müstəqilliyinin 25 illiyi ilə bağlı hazırlanan bəyanatda bildirilir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə