“AST Telman”la bağlı prosesi təxirə düşdü
“AST Telman”la bağlı prosesi təxirə düşdü
04 Avqust 2016 / 13:55 / Baxış sayı: 526
Font1 Font2 Font3 Font4
Bizimxeber

Moskva vilayətinin Arbitraj Məhkəməsi VTB qrupuna daxil olan “Bank Moskva”nın AST şirkətlər qrupunun təsisçisi, biznesmen Telman İsmayılovun müflis olması barədə bəyanatının nə dərəcədə əsaslı olub-olmamasının müəyyənləşdirilməsi üzrə məhkəmə iclasında avqustun 11-dək fasilə elan edib.

Bu barədə RİA Novosti xəbər yayıb.

Qeyd edək ki, Moskva Arbitraj Məhkəməsi 2015-ci ilin dekabr ayında vətəndaş Boris Zubkovun tələbi ilə T.İsmayılovun müflis elan olunması barədə hökm çıxarmışdı. Amma bu ilin mart ayında Apellyasiya Məhkəməsi T.İsmayılovun ən böyük kreditoru olduğu “Bank Moskva”nın (VTB qrupuna daxildir) şikayəti əsasında bu hökmü ləğv edib.

Kredit təşkilatının tələblərinin əsassız olduğu təsdiqlənərsə, T.İsmayılovun müflis olması barədə müraciətinə sentyabrın 8-də baxılacaq.(“Report”)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə