AŞPA-nın Azərbaycana göndərdiyi müşahidəçilərin – Siyahısı
AŞPA-nın Azərbaycana göndərdiyi müşahidəçilərin – Siyahısı
21 Sentyabr 2016 / 11:11 / Baxış sayı: 138
Font1 Font2 Font3 Font4
Bizimxeber

AŞPA Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendumu izləmək üçün qiymətləndirmə missiyası göndərəcək. 
AŞPA-nın verdiyi məlumata görə, hökumətin dəvəti əsasında baş tutacaq missiyaya makedoniyalı Aleksandr Nikoloski rəhbərlik edəcək.

Nümayəndə heyətinin tərkibinə həmçinin italiyalı Andrea Rigoni, bolqarıstanlı Yanaki Stoilov, ispaniyalı Antonio Gutierrez, polşalı Dominik Tarçinski və Azərbaycan üzrə məruzəçilər Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) daxildir.

Missiya səfər müddətində Azərbaycan prezidenti İlham Əliyev, parlamentin spikeri, Mərkəzi Seçki Komissiyasının rəhbəri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, vətəndaş cəmiyyəti və media təmsilçiləri ilə görüşəcək.

AŞPA nümayəndələri səsvermə günü məntəqələrini gəzəcəklər.

Səsvermə ilə bağlı ilkin nəticələrə dair mətbuat konfransı referendumun səhəri günü keçiriləcək.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə