Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

“ASAN xidmət” noyabrın 9-da işləməyəcək

590 oxunma | Tarix: | 1 həftə öncə

9 noyabr – Azərbaycanın Dövlət Bayrağı Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri həmin gün işləməyəcək. 

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, vətəndaşlar noyabrın 10-dan “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər. “ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür. Ona görə də “ASAN Kommunal” mərkəzləri noyabrın 11-dən işləyəcək.

XƏBƏRLƏR:  SOCAR: Azərbaycan neftçiləri adından Mehriban Əliyevaya təşəkkür edirik

Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir