bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Arvadını öldürən Nicat gömrük əməkdaşı olub? – Açıqlama

2117 oxunma | Tarix: | 1 həftə öncə

Bakıda arvadını öldürməkdə təqsirləndirilən Nicat Abdullayevin Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı olduğu deyilir. Sözügedən qurum isə bu iddiaları təkzib edib. DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib ki, N.Abdullayev gömrük orqanlarında çalışmayıb.

Qeyd edək ki, Oktyabrın 6-sı, axşam saatlarında arvadına 20 bıçaq zərbəsi vuraraq öldürməkdə təqsirləndirilir. Bildirilir ki, 33 yaşlı ər 3 uşaq anası olan arvadı, 27 yaşlı Leyla Abdullayevanı Bakı Avtovağzalının yaxınlığında qətlə yetirib. Onun gömrükdə işləməsi haqda məlumatı Abdullayevin yaxınları yaymışdı.

XƏBƏRLƏR:  Daha bir avtobus qəzası: 10 yaralı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir