“ARMO STORE” marketdə kiflənmiş yağ satılır – FOTOLAR
“ARMO STORE” marketdə kiflənmiş yağ satılır – FOTOLAR
12 Oktyabr 2016 / 15:26 / Baxış sayı: 1454
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ölkə əhalisinin sağlam və təmiz məhsullarla təmin edilməsi ölkə rəhbəri İlham Əliyevin həmişə diqqət mərkəzində dayanır. Prezident dəfələrlə bildirir ki, insanları əsasən də uşaqları sağlam qida ilə təmin etmək lazımdır. Amma Azərbaycandakı əksər supermarketlər bu qaydaları kobud şəkildə pozur, nəinki məhsulun qiymətinə nəzarət etmir, əksinə keyfiyyətə belə nəzarət edən yoxdur.  

Təxminən bir il əvvəl ölkənin süpetmarketlər şəbəkəsinə “ARMO STORE” adlı bir market daxil oldu. Bu il ərzində ciddi uğur qazana bilməyən “ARMO STORE” şəbəkəsi mağaza sayını artıra bilmədi.

Adda-budda fəaliyyət göstərən bu marketlərə isə qətiyyən nəzarət olunmur. Çox ciddi məmurların birinə məxsus olan bu marketlər şəbəkəsinə heç qaşın üstə gözün var deyən də yoxdur. Elə buna görədir ki, marketdəı olan məhsulların istifadə tarixinə belə fikir verilmir.

Sizə tədqim olunan 100 qr-lıq Tulçinka yağı sözügedən marketdən alınıb. Bunu əlimizdə olan qəbz də təqsdiq edir. Yağ istifadəyə tamamilə yararsızdır və kiflənmiş və kəskin qoxulu haldadır. 

Məlumat üçün bildirək ki, “ARMO STORE” şəbəkəsində bu kimi hallar tez-tez baş verir. Ən qəribəsi odur ki, neqativlərin aradan qaldırılması üçün heç bir ciddi addım atılmır.

Bizimxeber.az

20161012_135851 20161012_135841 20161012_135820 - копия 20161012_135759 20161012_135740 20161012_135728 20161012_135701



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə