Arif Rəhimzadədən hökumətə: “Özümüz-özümüzü aldadırıq”
Arif Rəhimzadədən hökumətə: “Özümüz-özümüzü aldadırıq”
02 Dekabr 2016 / 13:33 / Baxış sayı: 858
Font1 Font2 Font3 Font4
Bizimxeber

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə 33 şəhər və rayonun dotasiyadan məhrum edilməsindən bəhs etdi..

Zahirən bu rəqəmlərin ürəkaçan olduğunu deyən komitə sədri yerlərdə vəziyyəti ciddi dəyərləndirmədən belə qərar verilməsini düzgün saymadı: “Bu, tamamilə düzgün hal deyil və strateji xəttimizə zidd məsələdir. Necə yəni, yerlərdə işləyənlərin ağlı çatmır, yoxsa səhlənkarlq edirlər. Əgər belədirsə, onları çıxartmaq, yenilərini qoymaq lazımdır. Neftçala rayonunun gəlirləri artmayıb, ancaq büdcəyə 4 milyon əlavə vəsait ödəməlidir. Nəyin hesabına? Elə edək ki, orada müəssisələr tikilsin, əlavə vəsait əldə olunsun. Bunlar edilmədiyi halda, əlavə vəsait tələb ediriksə, özümüz-özümüzü aldadırıq”.

A.Rəhimzadə daha sonra əlavə edib: “Mədəniyətə 8 milyon dotasiya ayırlırsa, Azərbaycanın bütün əhalisini əhatə edən yerli özünüidarə orqanlarına 5,2 milyon vəsait verilir.

Bu, çox azdır. 2014-cü ildə dotasiya ilə birgə subvensiyaların da verilməsi qərara alındı. 2015-ci ildə verildi, bu il yenə də büdcədən çıxarıldı. Başa düşürəm, vəziyyət çətindir, amma heç olmasa, kənd bələdiyyələrinə kiçik yardımlar edək. Bu il 70-ə yaxın kənd bələdiyyəsi tərəfindən layihələr təqdim olunub, biri də qəbul olunmayıb. Nəyə görə? Heç olmasa, büdcədə yazın subvensiya, qarşısına da “0” yazın. Bu da yazılmayıb. Mən xahiş edirəm, bu məsələlərə diqqət yetirin”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə