Arda Turanın hərəkəti İspaniyada kəskin tənqid olundu
Arda Turanın hərəkəti İspaniyada kəskin tənqid olundu
12 Avqust 2016 / 18:08 / Baxış sayı: 970
Font1 Font2 Font3 Font4
Bizimxeber
Barcelonada forma geyinən türk futbolçu Arda Turanın sosial mediada elədiyi hərəkət İspaniyada səs-küy qopartdı.

Bizimxeber.az-ın  türk mediasına istinadən verdiyi xəbərə görə, Real Madridin 11 dəfə Çempionlar Ligasının çempionu olmasıyla əlaqədar hazırlanan xatirə formanın şəklini Twitterdə bəyənən Arda Turanın hərəkəti birmənalı qarşılanmayıb.

Ulduz futbolçunun Barcelonanın əzəli rəqibi ilə bağlı bir foto bəyənməsi İspaniyalı fotbolsevərlər arasında çox pis qarşılandı. Türkiyə də daxil dünyanın dörd bir tərəfindən Barcelona sevərlər Arda Turana bu davranışa görə tənqid və təhqir dolu mesajlar ünvanladı.  Buna qarşılıq olaraq isə Real Madrid azarkeşləri futbolçuya dəstək oldular.
Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə