Arda Turan yenə də sevgilisindən ayrıldı? – foto
Arda Turan yenə də sevgilisindən ayrıldı? – foto
24 Oktyabr 2016 / 16:03 / Baxış sayı: 742
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Barselona”nın türk ulduzu Arda Turan karyerası ilə yanaşı şəxsi həyatı ilə də gündəmdədir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, futbolçunun uzun zamandır sevgi yaşadığı Aslıhan Doğanla münasibətləri yenidən kəskinləşib.

Yayda toy etməsi gözlənilən, amma ayrılıq xəbərləri yayılan cütlük sonradan aralarında problem olmadıqlarını elan etmişdilər. Lakin Arda Aslıhana sosial şəbəkədən istifadəni qadağan etmişdi. A.Doğan bu yaxınlarda İnstaqram hesabını aktivləşdirib. Onun son paylaşımı isə sevgilisi ilə küsdüyünü təsdiqləyib. Bir neçə gün əvvəl isə klubun partisinə qatılan Arda məkana tək gəlmişdi.

Aslıhan “İçinizdəki boşluqla üzləşmədən varlığınızı doldura bilməzsiniz. Kim olursunuzsa, olub. Az olun, amma həqiqi olun. Bir gün öz qapınızı döyə biləcək üzünüz olsun” qeydini yazıb və daha sonra gələn bütün neqativ şərhləri silib.

Qeyd edək ki, A.Turan daha əvvəl aktrisa Sinem Koballa sevgili idi. İkilinin evlənəcyi gözlənilən anda sürpriz qərarla ayrılmaları hər kəsi təəccübləndirmişdi.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə