“Araz” zavodunun ətrafından 10 partlamamış hərbi sursat tapılıb
“Araz” zavodunun ətrafından 10 partlamamış hərbi sursat tapılıb
27 İyul 2016 / 18:05 / Baxış sayı: 646
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün “Araz” zavodunun ətrafından 10 partlamamış hərbi sursat tapılıb. Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumatda belə deyilir.

Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinə məxsus “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatlarına əsasən 8 ev və həyətyanı sahəyə baxış keçirilib, 10 ədəd partlamamış hərbi sursat (8 ədəd PQ-9 raketi, 1 ədəd OF-56 122 mm-lik top mərmisi, 1 ədəd Q-530 152 mm-lik top mərmisi aşkar edilərək, götürülüb. Sursatların zərərsizləşdirilməsi üçün müvafiq tədbirlər görülü. Nəticə etibarilə 5000 kv.m ərazi yoxlanılıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə