Araz zavodundakı partlayışdakı yaralı Bakıya gətirilib
Araz zavodundakı partlayışdakı yaralı Bakıya gətirilib
27 İyul 2016 / 10:23 / Baxış sayı: 538
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan “Araz” zavodunda yaralanan şəxslərdən biri Bakıya gətirilib”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

Onun sözlərinə görə, yaralı Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib: “Hazırda Şirvan Mərkəzi Şəhər Xəstəxanasında 7 nəfər yaralı var. Onlardan 3-ü yaxın saatlarda evə buraxılacaq. İki nəfərin isə bu axşam evə buraxılması gözlənilir”.

Xatırladaq ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində 24 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şirvan Mərkəzi Şəhər Xəstəxanasına və Şirvan Şəhər Diaqnostika Mərkəzinə yerləşdirilib.Tibb müəssisələrinə yerləşdirilən şəxslərdən 14-nə ambulator yardım göstərilərək evə buraxılıb, digər 7 nəfərin vəziyyəti yüngül, 3 nəfərin isə orta ağır qiymətləndirilməklə müalicələri davam etdirilir.

Zavodun iki əməkdaşı – Məmmədov Ağamir Allahyar oğlu və Nuriyeva İlhamə Əsgər qızı dünyasını dəyişib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə