Araz Abdullayev Rumıniyanın “Astra” klubuna keçib
Araz Abdullayev Rumıniyanın “Astra” klubuna keçib
31 Avqust 2016 / 20:51 / Baxış sayı: 794
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Araz Abdullayev Rumıniyanın “Astra” klubuna keçib. Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Marian Dima məlumat verib.

Onun sözlərinə görə, artıq iki klub arasında razılaşma əldə olunub: “Neftçi” ilə razılaşmışıq. Hazırda Araz milli komandanınm düşərgəsindədir və San Marino yığması ilə oyuna hazırlaşırlar. O, millinin düşərgəsindən qayıtdıqdan sonra münasibətlər rəsmiləşdiriləcək”.

A.Abdullayev isə “Report”a açıqlamasında hazırda bütün diqqətini milli komandaya yönəltdiyini bildirib: “Qarşıda DÇ-2018-in seçmə mərhələsində San Marino ilə səfər oyunumuz var. Bu oyundan qayıtdıqdan sonra hansısa məsələ haqda danışmaq olar”.

Qeyd edək ki, Curcu şəhərini təmsil edən “Astra” klubu ötən mövsüm Rumıniya çempionatının qalibi olub. Klub Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Rumıniyada yay “transfer pəncərəsi” sentyabrın 5-də bağlanır. (“Report”)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə