bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Aqil Abbas: Niyə xəstəxanalarda rüşvət baş alıb gedir? – VİDEO

1226 oxunma | Tarix: | 1 həftə öncə

“Bu zərdab nədir ki, belə yoxdur? Uşaq ölümləri niyə artır? Niyə xəstəxanalarda rüşvət baş alıb gedir?”. Bu sözləri deputat Aqil Abbas İTV-də yayımlanan 3D proqramında bildirib.

O, verilişin aparıcısı Dadaş Dadaşlinskinin suallarını cavablandıran həmçinin deyib ki, Səhiyyə Nazirliyi artıq siyasi təşkilat olub: “Oxudum ki, Tovuzda bir nəfəri ilan sancıb. Zərdab tapılmadığı üçün onu Gəncəyə, ardınca isə Mingəçevirə, sonda isə Bakıya gətirəndə ölüb. Rayonlarda ən müasir tipli xəstəxanalar tikilib və Avropa xəstəxanalarından geri qalmırlar. Bu szərdab nədir ki, belə yoxdur? Uşaq ölümləri niyə artır? Niyə xəstəxanalarda rüşvət baş alıb gedir?” (BAKU.WS)

XƏBƏRLƏR:  Rusiyada azərbaycanlıya hökm oxundu

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir