Aqil Abbas: Müxalifət futbol komandası yaratsa, daha çox azarkeş toplayar
Aqil Abbas: Müxalifət futbol komandası yaratsa, daha çox azarkeş toplayar
23 Sentyabr 2016 / 17:19 / Baxış sayı: 706
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Müxalifətin 200 adam toplayıb söhbət etməsinə mitinq demək gülüncdür”. Bu barədə Trend-ə açıqlamasında millət vəkili Aqil Abbas bildirib. 

A.Abbas deyib ki, müxalifətin ölkədə mitinq etməyə nə gücü var, nə də imkanı: “Mən Füzuli rayonunda sakinlərlə görüş keçirmişəm. Bir görüşümdə, ən azı, 800 adam var idi. Əgər müxalifət 200 nəfəri topladığı tədbirə mitinq deyirsə, bəs onda mən 800 adamla görüşümə nə ad verim?”

Millət vəkili qeyd edib ki, Azərbaycan demokratik dövlətdir və bu dövlətdə hər bir şəxsin sərbəst toplaşmaq, fikir mübadiləsi aparmaq hüququ var: “Amma bu o demək deyil ki, hər kəs mitinq edə bilər. Mən təklif edirəm ki, əgər Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları adam yığmaq istəyirlərsə, mitinq yox, futbol komandası yaratsınlar. Bəlkə onda onların çağırışlarına daha çox azarkeş toplaşar”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə