“Aprel müharibəsi təkrarlana bilər” – Politoloqdan SOS siqnalı
“Aprel müharibəsi təkrarlana bilər” – Politoloqdan SOS siqnalı
18 Oktyabr 2016 / 11:50 / Baxış sayı: 930
Font1 Font2 Font3 Font4
Bizimxeber

Mövzu ilə bağlı Qaynarinfo.Az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, vəziyyət yenə də hərbi toqquşmaların baş verməsinə doğru gedir: “Aprel müharibəsinə nə səbəb olmuşdusa, o səbəblər aradan qaldırılmayıb. Bu müharibənin səbəblərini bir daha xatırlayaq.

1. Danışıqlarda irəliləyiş yox idi.  

2. Atəşkəs pozulurdu. 

3. Torpaqlarımızda hərbi təlimlər keçirərək təxribat törədirdilər”. 

Politoloq vurğulayıb ki, eyni səbəblər yenə də qalır: “ABŞ və Rusiya da etiraf edir ki, danışıqları sürətləndirmək fikirləri yoxdur. Bu o deməkdir ki, Ermənistana təzyiq yoxdur. Atəşkəs yenə də pozulur. Yenə də təxribatları davam etdirirlər. Bu üç amili nəzərə alaraq aprel toqquşmalarının yenidən alovlanması ehtimalı var. Aprel döyüşlərindən sonra Azərbaycan cəmiyyətinin bir hisssəsində belə bir gözlənti var idi ki, böyük dövlətlər Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması üçün Ermənistana təzyiq edəcək. Amma mən buna o vaxt da inanmırdım. Hadisələrin gedişatı göstərir ki, 6 ay keçməsinə baxmayaraq, heç bir təzyiq yoxdur. Əksinə, Azərbaycan prezidentinin Nazirlər Kabinetinin son iclasındakı çıxışı ondan xəbər verir ki, bizə təzyiq var. İşğalçıya deyil, işğala məruz qalana təzyiq edirlər ki, biz Dağlıq Qarabağın müstəqilliyini tanıyaq.

Bu da o deməkdir ki, biz tələb ediriksə, böyük dövlətlər Qarabağ ətrafındakı rayonların boşaldılması üçün təzyiqlərini artırsınlar, onlar da bizə təzyiq edirlər ki, Dağlıq Qarabağdakı Referenduma razılaşaq. Bu da mümkün deyil. Çünki referendumun nəticəsi əvvəlcədən bəllidir”.

Elxan Şahinoğlu qeyd edib ki, hər iki dövlətin silahlanmaya davam etdiyini nəzərə almaq lazımdır: “Azərbaycan yenə də bu işə milyardlarla dollar xərcləmək məcburiyyətindədir. Ermənistan isə silahları Rusiyada peşkaş alır. Həm Rusiya, həm də ABŞ bu dəqiqə başqa problemlərlə məşğuldur. Ukraniya məsələsinə görə Rusiya ilə ABŞ arasında böyük ixtilaf var. Suriya məsləsinə görə az qala üz-üzə gəlirlər. Bu iki dövlətin arasında ciddi fikir ayrılığının olduğu vəziyyətdə aydındır ki, Qarabağ münaqişəsi ilə bağlı da ortaq məxrəcə gələ bilməzlər. Belə bir şəraitdə biz həmsədr dövlətlərdən heç nə gözliyə bilmərik. Minsk Qurupu da bu dövlətlərə bağlı diplomatlardır. Bir Fransa qalır. Onun da fəal olacağını düşünmürəm.Yenə də bölgəyə səfər edəcəklər. Nazirlərin və prezidentlərin görüşləri üçün addımlar atacaqlar. Danışıqlarda ciddi bir irəliləyiş olmadığına görə ilin sonuna qədər prezidentlərin görüşünün də olacağını düşünmürəm”.

Bizimxeber.az

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi qəzetdə dərc olunan məqaləsində qeyd edib ki, Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır: “Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda bu günə qədər irəliləyiş əldə edilməyib. Ermənistan münaqişənin həllində maraqlı deyil. “Nə hərb, nə də sülh vəziyyəti”ni saxlamaq istəyir. Lakin 2016-cı ilin aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində qoşunların təmas xəttində çoxsaylı insan tələfatı ilə müşayiət olunan gərginlik bir daha göstərdi ki, münaqişənin dondurulmuş qalması hər an qaynar müharibəyə səbəb ola bilər”.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə