ANS MTRŞ-ni bir daha məhkəməyə verib
ANS MTRŞ-ni bir daha məhkəməyə verib
29 Avqust 2016 / 12:54 / Baxış sayı: 480
Font1 Font2 Font3 Font4
Bizimxeber

“ANS ÇM Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılacaq. Sikayətlə bağlı proses sentyabrın 2-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, MTRŞ-nin 18 iyulda keçirilmiş iclasında “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası  Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Yayım zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları əsas götürülərək ANS ÇM radiosunun xüsusi razılığı (lisenziya) ləğv olunub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə