ANS-lə bağlı qərar veriləcək – Vahid Mustafayev və Mirşahin məhkəmədə
ANS-lə bağlı qərar veriləcək – Vahid Mustafayev və Mirşahin məhkəmədə
02 Sentyabr 2016 / 16:51 / Baxış sayı: 1350
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində “ANS Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

“Report”un məlumatına görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şirkət ANS ÇM-in lisenziyasının ləğv edilməsi ilə bağlı qərarın ləğv olunmasını və MTRŞ-dan 1 milyon manat tələb edir.

Prosesdə “ANS Şirkətlər Qrupu”nun prezidenti Vahid Mustafayev və onun vitse-prezidenti Mirşahin Ağayev də iştirak edib.

İclasda ANS-in nümayəndəsi Raquf Mustafayev çıxış edib. O, şirkətin 1000 nəfər əməkdaşının işsiz qaldığını və hazırda əməkhaqqı ala bilmədiklərini deyib: “Məhkəmədən xahiş edirəm ki, ANS ÇM-in lisenziyası bərpa olunsun”.

Hakim bildirib ki, vəsatətə növbəti prosesdə baxılacaq.

Vahid Mustafayev çıxışında deyib ki, hazırda xadimələr də radionun ofisinə daxil ola bilmirlər: “Sizdən ANS ÇM-in lisenziyasının bərpa olunmasını xahiş edirəm”.

Daha sonra Sevda Məhərrəmova vəsatətlərlə çıxış edib.

Onun sözlərinə görə, daha əvvəl ANS-in reklam şirkəti olan “ANS Commers” ilə aralarında müqavilə bağlanıb: “Radio da bağlanandan sonra ANS ÇM-ə maddi ziyan dəyib. Məhkəmədən “ANS Commers” şirkətinin və “ANS Şirkətlər Qrupu”nu üçüncü şəxs qismində işə cəlb olunması istəyirik”.

Vəsatət təmin edilməyib.

Daha sonra V.Mustafayev deyib: “Hamı bizə inanır. Hazırda biz onlara izahat verməliyik. Bizə MTRŞ deyirdi ki, “sizdə qanun pozuntuları var idi”. Bəs niyə əvvəlcədən bu barədə məlumat verilməmişdi?”

MTRŞ ANS ÇM-in iddiasına etiraz edib.

Prosesdə fasilə elan olunub.

Qeyd edək ki, MTRŞ-nin iyul ayının 18-də keçirdiyi iclasında Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayınm və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 (bir ) ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq ANS ÇM-ə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə