ANS-in yerinə yayımlanan telekanaldan biabırçı tərcümə – Video
ANS-in yerinə yayımlanan telekanaldan biabırçı tərcümə – Video
11 Avqust 2016 / 12:14 / Baxış sayı: 1594
Font1 Font2 Font3 Font4
Bizimxeber

ANS TV-nin yerinə gecə saatlarında ümumrespublika yayımına keçən “Günəş TV”də hər kəsi təəcübləndirən tərcümə efirə verilib.

Dünən gecə saatlarında efirə gedən “Mən yaramazam” cizgi filmində personajlardan biri təhqiramiz sözlər işlədib. Maraqlıdır ki, Azərbaycan dilində yayımlanan bu cizgi filmində tərcümə də eyni cür verilib.

Belə ki, personaj “o sənin dalını dağıdacaq” sözünü deyib və bu sözlər ana dilimizdə efirə verilib.

Maraqlıdır ki, kanalın əsasnaməsində qeyd olunur ki, efir vaxtını bütünlüklə uşaqlara həsr edən “Günəş TV”nin yayımında şiddət, pis vərdişlər aşılayan kadrlara yer verilmir. Efirdə yalnız milli-mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən verilişlər və filmlər yayımlanır.\azxeber.com\

Həmin görüntüləri təqdim edirik:



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə