Mediafax.az-ın elektron ünvanına daxil olan məlumatın araşdırılması zamanı müəyyən edildi ki, istipress.com 2016-cı il oktyabrın 2-də yaradılıb və 2018-ci il oktyabrın 2-nə kimi istifadə müddəti var. İnternet televiziyası ABŞ, Arizona ştatı, Scottsdaile, 14747 N Northsight Blvd Suite 111, PMB 309 ünvanda qeydiyyatdan keçib.
ANS-dəki mənbənin bildirdiyinə görə, məlumatın qabaqcadan mediaya sızması ANS rəhbərliyini ciddi əndişələndirib. Hazırda Vahid Mustafayev və Mirşahin Ağayev daxildəki “krısa”nı tapmağa çalışırlar.
Mənbə onu da qeyd edib ki, internet televiziyasının qeydiyyatdan keçirilməsi və gələcəkdə onun təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə ANS-in ABŞ-dakı  keçmiş xüsusi müxbiri Sevinc Osmanqızı məşğuldur. Hətta bu məsələnin ABŞ xüsusi xidmət orqanlarının nəzarətində olduğu deyilir.
Ehtimal edilir ki, ABŞ ANS kanalının potensialı əsasında ərsəyə gələn istipress.com-un simasında Azərbaycan hökumətinə yeni başağrısı yaratmağı planlaşdırır. ANS-in fəaliyyətini internetə transfer edənlər həm də öz məqsəd və niyyətlərinin hansı nəticələrə gətirib çıxara biləcəyini qabaqcadan anlayaraq, bəri başdan izi azdırmaq və sayt bağlanmaq təhlükəsindən sığortalamaq və istəyirlər.
Bu məqam ANS rəhbərliyinə də sərf edir. O mənada ki, hazırda mediaya  çıxmaqda çətinliklə üzləşən V.Mustafayevlə M.Ağayev rəqiblərini öz saytları vasitəsilə vurmaq imkanı əldə edəcəklər.