ANS-in şikayəti qəbul edilməyib
ANS-in şikayəti qəbul edilməyib
10 Avqust 2016 / 14:56 / Baxış sayı: 562
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti üzrə məhkəmə prosesi keçirilib.

“Report”un xəbərinə görə, hakim Elşanə Vəliyevanın sədrlik etdiyi prosesdə iş baxılmamış saxlanılıb.

Hakim bildirib ki, bu iş üzrə iddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmalıdır.

Qeyd edək ki, MTRŞ ANS TV-nin yayımının bir ay müddətində dayandırılması barədə qərar qəbul edib. ANS həmin qərarın ləğv edilməsini istəyir.

Xatırladaq ki, iyulun 29-da isə Bakı Apellyasiya Məhkəməsi MTRŞ-nın “ANS Müstəqil Yayım və Media” Şirkətinin fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə məhkəmə iddiasına baxıb və şirkətin lisenziyası ləğv edilib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə