ANS-dən şad xəbər – avqustun 29-da…
ANS-dən şad xəbər – avqustun 29-da…
16 Avqust 2016 / 11:53 / Baxış sayı: 1184
Font1 Font2 Font3 Font4
Bizimxeber
Avqustun 18-də ANS-in bağlanmasının 1 ayı tamam olacaq. 
Gununsesi.info xəbər verir ki, ANS tekekanalının bu ayın 29-da açılacağı gözlənilir. Avqustun 29-u tarixinin isə təsadüfi seçilmədiyi deyilir. Həmin gün Azərbaycanın Milli Qəhrəmanı, kamerası ilə döyüşən jurnalist Çingiz Mustafayevin doğum günüdür. Məhz bu gündə Çingizin ruhunun dolaşdığı bir teleməkanın açılacağı ANS kollektivinə bir sevinc yaşadılacağı gözlənilir.
Xatırladaq ki, 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərara əsasən “ANS Müstəqil Yayım və Media” Şirkətinin, həmçinin, telekanalla birlikdə “ANS ÇM” radiosunun fəaliyyəti dayandırılıb.
Buna səbəb kimi ANS-in ABŞ-dakı əməkdaşının Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alaraq, həmin müsahibəni yerli və xarici KİV-lər vasitəsilə anons etdirməsi göstərilir.
Bizimxeber.az


ANS-dən şad xəbər – avqustun 29-da… yazısına 1 şərh yazıldı

Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə