ANS ÇM-in də şikayəti təmin edilmədi
ANS ÇM-in də şikayəti təmin edilmədi
08 Noyabr 2016 / 18:09 / Baxış sayı: 624
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Bakı Apellyasiya Məhkəməsində “ANS ÇM Yayım və Media” Şirkətinin 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərardadlarından şikayətinə baxılıb. 

Hakim Elmira Nağıyevanın sədrliyi ilə keçirilən prosesdə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərardadları qüvvədə saxlanıb, “ANS ÇM Yayım və Media” Şirkətinin şikayəti təmin edilməyib.

“ANS ÇM Yayım və Media” Şirkətinin 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarından şikayətinə noyabrın 15-də baxılacaq.

Qeyd edək ki, qərardadlar “ANS ÇM Yayım və Media” Şirkəti dəymiş maddi və mənəvi ziyana görə MTRŞ-dan 1 milyon manat təzminatı və digər məsələlərlə bağlı olub.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 18 iyulda keçirilmiş iclasında “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib.

Yayım zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları əsas götürülərək ANS ÇM radiosunun xüsusi razılığı (lisenziya) ləğv olunub. “ANS ÇM Yayım və Media” Şirkəti qərardan 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə şikayət verib, şikayət təmin edilməyib.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə