Ankaradan Vaşinqtona Gülənlə bağlı 85 qutu sənəd göndərildi
Ankaradan Vaşinqtona Gülənlə bağlı 85 qutu sənəd göndərildi
04 Avqust 2016 / 15:02 / Baxış sayı: 792
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyə hökuməti 15 iyul hadisələrinin baş verməsində günahlandırdığı Fətullah Gülənin ABŞ-dan ekstradisiya edilməsində israrını davam etdirir.

Lent.az-ın məlumatına görə, rəsmi Vaşinqtonun Fətullah Gülənlə bağlı sübutların təqdim edilməsi tələbindən sonra onu təhvil verə biləcəklərini açıqlamasının ardından vaizlə bağlı 85 qutu sənəd okeanın o tayına göndərilib. “Washington Post”un xəbərinə görə, 77 yaşlı Fətullah Gülənlə bağlı ifşaedici materiallar Ankaradan təyyarə ilə yola salınıb. Bu sənədlərdə Gülən camaatı təşkilatının Türkiyənin dövlət strukturlarına necə sızması detalları ilə göstərilib.

Qeyd edək ki, Fətullah Gülən ABŞ-a 1999-cu ildə köçüb və bu ölkəyə həmin vaxt turist vizası ilə daxil olub. Daha sonra CİA əməkdaşı Qraham Füllerin dəstək məktubu ilə Gülənə yaşamaq icazəsi verilib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə