Ankarada Ərdoğanla Nazarbayev arasında təkbətək görüş olub YENİLƏNİB
Ankarada Ərdoğanla Nazarbayev arasında təkbətək görüş olub YENİLƏNİB
05 Avqust 2016 / 18:06 / Baxış sayı: 680
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında təkbətək görüş keçirilib.

RİA Novosti xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dövlət başçıları ikitərəfli əlaqələrin hazırkı vəziyyətini, Türkiyə-Qazaxıstan strateji əməkdaşlığının bir sıra istiqamətlərdə gücləndirilməsinin perspektivlərini, həmçinin regional və beynəlxalq məsələləri müzakirə ediblər.

*   *   *13:20

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Türkiyəyə rəsmi səfərə gedib.

“Report” Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Esenboğa Beynəlxalq Hava Limanında N.Nazarbayevi Türkiyənin yüksək vəzifəli dövlət rəsmiləri qarşılayıb.

Qazaxıstan dövlət başçısı hava limanından Türkiyə prezidentinin rəsmi iqamətgahına yollanıb.

Səfər zamanı N.Nazarbayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, eləcə də regional məsələlər müzakirə ediləcək.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə